Məzmuna keç
  • Azeri Light106.81 $▼5.85%
  • Brent neft99.32 $▲6.12%
  • WTI neft91.32 $▲5.38%
  • Avropa qazı (TTF)89.64 €▲5.42%
  • Təbii qaz (ABŞ)2.954 $▲0.75%
  • Qızıl4 100 $▼1.21%
  • Gümüş51.76 $▼2.52%
  • Pambıq78.45 ¢▲0.47%
  • Buğda599.25 ¢▼0.08%
  • Bitcoin75 952 $▼5.57%
  • Ethereum2 234 $▼7.75%
  • S&P 5007 354▼4.36%
15°Bakı
  • USD1.7000
  • EUR1.9148▲0.0051
  • 100 RUB2.0782▼0.0014
  • GBP2.2935▲0.0054
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2549▲0.0006
  • GEL0.6554▲0.0006
  • 100 KZT0.3757▼0.0002
  • UAH0.0373
  • 100 JPY1.0765▼0.0006
  • CHF2.0878▲0.0046
  • USD1.7000
  • EUR1.9148▲0.0051
  • 100 RUB2.0782▼0.0014
  • GBP2.2935▲0.0054
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2549▲0.0006
  • GEL0.6554▲0.0006
  • 100 KZT0.3757▼0.0002
  • UAH0.0373
  • 100 JPY1.0765▼0.0006
  • CHF2.0878▲0.0046
Media

Medianın İnkişafı Agentliyində saxta xəbərlərə qarşı təlim təşkil olunub

image-1jpg-1749565537
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

10 iyun tarixində Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və Diasporla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Medianın İnkişafı Agentliyində “Saxta xəbər və dezinformasiyaya qarşı mübarizədə jurnalistikanın gücü” mövzusunda təlim təşkil olunub.

Busaat.az Bakıvaxtı.az-a istinadən xəbər verir ki, təlim Birləşmiş Millətlər Təşkilatının Nyu-York şəhərindəki Baş Qərargahında akkreditə olunmuş, BMT Müxbirlər Assosiasiyasının üzvü olan jurnalistlər – Stefano Vakkara və Cordan Dakamseh tərəfindən aparılıb.

30 illik jurnalist təcrübəsinə malik, İtaliya xəbər agentliyi “İtalpress”in ABŞ-dəki müxbiri Stefano Vakkara “Faktlar unudularsa, jurnalistika öz mahiyyətini qoruyurmu?” mövzusunda təqdimatla çıxış edib.

Uzun illər BMT-nin müxtəlif missiyalarında ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis kimi çalışan, “Jordan Report Media and Entertainment” şirkətinin prezidenti Cordan Dakamseh isə “Necə nüfuzlu jurnalist olmaq olar?” və “Misinformasiyanın qarşısının alınması üçün sosial mediadan istifadə” mövzularında fikirlərini iştirakçılarla bölüşüb.

Təlim zamanı etibarlı və araşdırmaya əsaslanan jurnalistikanın cəmiyyət üçün niyə vacib olduğu vurğulanıb, faktların yoxlanılması (fact-checking) mədəniyyətinin təşviqi, media savadlılığının artırılmasında jurnalistlərin rolu, sosial mediada və peşəkar platformalarda jurnalistin öz etibarlı imicini yaratmasına dair fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, təlimdə 20 nəfərə yaxın ingilis dilli media nümayəndəsi iştirak edib.

image-2jpg-1749565532

image-3jpg-1749565532

image-4jpg-1749565532

image-5jpg-1749565532

image-6jpg-1749565532

image-7jpg-1749565532

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=167310