“MEHDİYEVİN HİMAYƏSİ İLƏ SƏFİR OLUB, RUSİYAYA MEYİLLİDİR…” – Deputatdan səfirə ağır ittihamlar + VİDEO

image-5395049-1backend

“Elmira Axundova Ramiz Mehdiyevin himayəsi ilə səfir olub. Rusyaya meylli idi. Diplomatiyadan təsəvvürü yox idi.”

Busaat.az  xəbər verir ki, bu fikirləri deputat Fəzail Ağamalı “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlunun moderatorluğu ilə yayımlanan “Dərin Təhlil” verilişində bildirib.

Səfirin 40 nəfər səfirlik əməkdaşları ilə birlikdə Azərbaycana gəlməsi və gələndən sonra da “unutmayın ki, mən qadınam” tipli açıqlama verməsini Fəzail Ağamalı sərt tənqid edib.

F.Ağamalı deyib ki, bu fraqment E.Axundovanın yerində olan səfir olmadığını üzə çıxarıb: “Doğrudan da o, heç diplomat deyil. Fərarilik etdi. Zamanında Milli Məclisdə olub, sonra hansısa yüksək səviyyəli məmurun himayəsi ilə, Ramiz Mehdiyevin himayəsi ilə səfir olub. Rusyaya meyllidir. Diplomatiyadan təsəvvürü yox idi. Peşəsi jurnalist idi və parlamentdə də hər zaman populist çıxışları ilə yadda qalmışdı. Qayıdıb gələndən sonra isə dedi ki, unutmayın ki, mən qadınam. Qadınsansa sənin o diplomatik missiyada nə işin var? Həm də orda artıq fiziki gücə ehtiyac yox idi. Orada iradəyə, düşüncəyə, ağla, insanlığa, sədaqət hissi olan bir insana ehtiyac var idi. Nə edəcəkdi ki? Sənin əlinə ağır yük verəcəkdilər ki, apar daşı?”

F.Ağamalı bildirib ki, ilk gündən Ukraynada xaotik vəziyyət yarandı, sonradan ordakı diasporamız, fədakar azərbaycanlılarımız yaxşı işlədi. Deputatın sözlərinə görö, orada özünü yüksək səviyyədə doğruldan Moldovadakı səfirimiz Qüdsi Osmanov oldu: “Böyük fədakarlıq etdi, bütün gücü ilə qaçqınların yerləşdiriıməsində böyük işlər gördü. Həm də Azərbaycan dövləti pul ödəmədən ölkəyə gəliblər. Onların hamısını Azərbaycana doğru yönəltmək lazım deyildi. Onlar Ukrayna vətəndaşları olaraq, digər ölkə vətəndaşları hara gedirlərsə, ora da getməliydi. Elmira xanım bu cür situasiyalara hazır olan diplomat deyil. O, təcili olaraq başqası ilə əvəz olunmalıdır. Soydaşlarımızı istiqüamətləndirən, təcrübəli diplomatımıza həvalə oluna bilər”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki