Məzmuna keç
  • Azeri Light122.49 $▼4.00%
  • Brent neft111.19 $▲0.32%
  • WTI neft101.64 $▲0.30%
  • Avropa qazı (TTF)97.52 €▲3.00%
  • Təbii qaz (ABŞ)3.049 $▼0.49%
  • Qızıl4 063 $▲0.17%
  • Gümüş53.77 $▼0.63%
  • Pambıq77.97 ¢▼0.09%
  • Buğda610.50 ¢▼0.16%
  • Bitcoin81 414 $▲0.76%
  • Ethereum2 367 $▲0.86%
  • S&P 5007 723▲0.60%
17°Bakı
  • USD1.6994▼0.0017
  • EUR1.8957▼0.0094
  • 100 RUB2.1100▲0.0081
  • GBP2.2649▼0.0071
  • TRY0.0341▼0.0001
  • AED0.4627▼0.0005
  • CNY0.2544▼0.0001
  • GEL0.6548▲0.0001
  • 100 KZT0.3735▼0.0030
  • UAH0.0373▼0.0001
  • 100 JPY1.0775▼0.0039
  • CHF2.0517▼0.0090
  • USD1.6994▼0.0017
  • EUR1.8957▼0.0094
  • 100 RUB2.1100▲0.0081
  • GBP2.2649▼0.0071
  • TRY0.0341▼0.0001
  • AED0.4627▼0.0005
  • CNY0.2544▼0.0001
  • GEL0.6548▲0.0001
  • 100 KZT0.3735▼0.0030
  • UAH0.0373▼0.0001
  • 100 JPY1.0775▼0.0039
  • CHF2.0517▼0.0090
Gündəm

Məhkəmə Elina Hacıyevanın işi üzrə qərar verdi

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Bakı Apelyasiya Məhkəməsində Elina Hacıyevanın ölümünə səbəb olmaqda təqsirləndirilən 162 nömrəli tam orta məktəbin keçmiş direktoru Sevinc Abbasova barəsində olan hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Kamran Əkbərovun sədrliyi ilə keçirilən prosesdə mərhum Elina Hacıyevanın nümayəndəsi Sevinc Əliyeva çıxış edərək, Sevinc Abbasovanın cəzasının həbslə əvəz olunmasını istəyib.

Məhkəmə qərar qəbul edərək, şikayəti təmin etməyib və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, Bakı şəhəri Səbail rayonu 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi, 2004-cü il təvəllüdlü Elina Hacıyevanın təhsil aldığı məktəbin üçüncü mərtəbəsindən özünü ataraq intihar etməsi faktı ilə Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə məktəbin direktoru Sevinc Abbasova Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub və məhkəmənin qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. Daha sonra Cinayət Məcəlləsinin 125-ci (ölüm həddinə çatdırma) maddəsi ilə açılan cinayət işinə xitam verilib. Səbail rayon Məhkəməsinin hökmü ilə Sevinc Abbasova ev dustaqlığında olduğu müddət nəzərə alınmaqla 2 il 2 ay 14 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. S.Abbasovaya saat 23:00-dan 07:00-a qədər yaşadığı evdən çıxmaq qadağan olunub. O, elektron qolbaq taxacaq. Həm təqsirləndirilən şəxs, həm də zərərçəkmiş tərəf birinci instansiya məhkəməsinin qərarından apelyasiya şikayəti verib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=1627