Məhkəmə son hökmündə 15 il həbs cəzası verdi

image-img_4486backend

Bakı Ağır Cinayətlər Məhkəməsinin tanınmış hakimi Azad Məcidov təqaüdə göndərilib.

Busaat.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 65 yaşlı hakim bu gün son hökmünü oxuyub.

O, son hökmündə xüsusilə külli miqdarda dələduzluq və cinayət yolu ilə qazanılmış pulların leqallaşmasında təqsirləndirilən şəxslərə 15 ilə kimi həbs cəzası təyin edib. Bununla da Azad Məcidov hakimlik fəaliyyətini bitirib.

Qeyd edək ki, Azad Məcidov hüquq-mühafizə orqanlarının birində 30 ilə yaxın müstəntiq işləyib. Polkovnik rütbəsi daşıyan Məcidov o vaxt silsilə qətllər və adam oğurluğunda təqsirli bilinmiş Hacı Məmmədov cinayətini araşdıran istintaq qrupunun üzvü olub.

A.Məcidov 15 il əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinə hakim təyin edilib. O bu illər ərzində ölkə gündəmində olan bir çox işlərin hökmünü çıxarıb. Buraya müğənni Fədayə Laçının, tarixçi-alim Səbuhi Hüseynovun, “Bravo” hipermarketə basqında təqsirləndirilən şəxslərin, erməni diversantların bir qrupunun işləri də daxildir. Onun icraatında olan son səs-küylü iş talasemiyalı uşaqların pulunun ələ keçirilməsi ilə bağlı idi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki