Məzmuna keç
  • Azeri Light106.81 $▼5.85%
  • Brent neft97.40 $▲4.07%
  • WTI neft89.91 $▲3.75%
  • Avropa qazı (TTF)89.28 €▲5.00%
  • Təbii qaz (ABŞ)2.938 $▲0.20%
  • Qızıl4 130 $▼0.49%
  • Gümüş52.62 $▼0.89%
  • Pambıq78.77 ¢▲0.88%
  • Buğda602.25 ¢▲0.42%
  • Bitcoin79 588 $▼1.04%
  • Ethereum2 386 $▼1.48%
  • S&P 5007 689▲1.59%
16°Bakı
  • USD1.7000
  • EUR1.9148▲0.0051
  • 100 RUB2.0782▼0.0014
  • GBP2.2935▲0.0054
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2549▲0.0006
  • GEL0.6554▲0.0006
  • 100 KZT0.3757▼0.0002
  • UAH0.0373
  • 100 JPY1.0765▼0.0006
  • CHF2.0878▲0.0046
  • USD1.7000
  • EUR1.9148▲0.0051
  • 100 RUB2.0782▼0.0014
  • GBP2.2935▲0.0054
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2549▲0.0006
  • GEL0.6554▲0.0006
  • 100 KZT0.3757▼0.0002
  • UAH0.0373
  • 100 JPY1.0765▼0.0006
  • CHF2.0878▲0.0046
Siyasət

"Mən xəbərdarlıq etmişdim, əl çəkin bu işlərdən, əl çəkin!" - Prezident

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Bir çox rayonlarda yararsız vəziyyətə düşən çoxmərtəbəli binaların sökülməsi və onların yerində yeni binaların tikilməsi üçün mənim Sərəncamımla milyonlarla manat vəsait ayrılıb, milyonlarla. Amma sonra bəlli olur ki, o binalarda dövlət tərəfindən mənzillərlə təmin edilən insanlardan pul alınıb. Dövlət pul ayırır, rayon icra hakimiyyəti tikinti ilə məşğul olur. Tikintilərdə də nə qədər pozuntular var, nə qədər pul mənimsənilir, bütün bu faktların hamısı üzə çıxır. Ondan sonra da o mənzillər ki, pulsuz verməlidirlər həmin insanlara, onlardan da rüşvət tələb olunur. Hər addım cinayət, hər addım rüşvət. Buna son qoyulacaq! Heç kimdə şübhə olmasın! Bizim iradəmiz möhkəmdir, heç kim bizim iradəmizə təsir edə bilməz. Xalq da cinayətkarları, rüşvətxorları, gözü doymayanları yox, bizi dəstəkləyir. Mən bu dəstəyi hər gün hiss edirəm”.

Busaat.az xəbər verir ki, bunu Prezident İlham Əliyev mayın 13-də Azər Qocayevi Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edən zaman deyib.

“Mən eyni zamanda demişdim ki, xoşagəlməz hallar təkcə yerli icra orqanlarında deyil, mərkəzi icra orqanlarında da var, siqnallar var, məlumatlar daxil olub. Demişdim, xəbərdarlıq etmişdim, əl çəkin bu işlərdən, əl çəkin! Hesab edirdilər ki, bunlara aid deyil. İndi isə bunun acı nəticələrini yaşayırlar. Ona görə siz gənc kadr kimi icra başçısı vəzifəsində bu amilləri daim nəzərdə saxlamalısınız. Dürüstlük, şəffaflıq, ədalət hər bir dövlət məmurunun iş prinsipi olmalıdır. İş prinsipi bu olmalıdır, rüşvət yox, yalan yox, talançılıq yox, saxtakarlıq yox, vicdansızlıq yox! Dürüstlük, şəffaflıq, xalqa xidmət, ədalət – budur, prinsiplər! Bir daha deyirəm, əgər kimsə hələ də hesab edir ki, kimsə onlara kömək edəcək, səhv edir. Tutulan dövlət məmurlarının acı həyatını yaşamaq istəmirlərsə, düz yola qayıtsınlar”, – dövlət başçısı əlavə edib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=9615