Məzmuna keç
  • Azeri Light127.60 $▲0.47%
  • Brent neft109.95 $▲0.22%
  • WTI neft100.77 $▼0.02%
  • Avropa qazı (TTF)94.63 €▼1.52%
  • Təbii qaz (ABŞ)3.033 $▼0.13%
  • Qızıl4 032 $▲0.05%
  • Gümüş53.44 $▼0.59%
  • Pambıq78.48 ¢▼0.80%
  • Buğda615.25 ¢▲0.12%
  • Bitcoin80 119 $▲0.14%
  • Ethereum2 325 $▲0.20%
  • S&P 5007 677▲0.71%
20°Bakı
  • USD1.7011▲0.0005
  • EUR1.9051▲0.0010
  • 100 RUB2.1019▼0.0029
  • GBP2.2720▼0.0018
  • TRY0.0342
  • AED0.4632▲0.0001
  • CNY0.2545▼0.0002
  • GEL0.6547
  • 100 KZT0.3765▼0.0004
  • UAH0.0374▼0.0002
  • 100 JPY1.0814▼0.0030
  • CHF2.0607▼0.0019
  • USD1.7011▲0.0005
  • EUR1.9051▲0.0010
  • 100 RUB2.1019▼0.0029
  • GBP2.2720▼0.0018
  • TRY0.0342
  • AED0.4632▲0.0001
  • CNY0.2545▼0.0002
  • GEL0.6547
  • 100 KZT0.3765▼0.0004
  • UAH0.0374▼0.0002
  • 100 JPY1.0814▼0.0030
  • CHF2.0607▼0.0019
Gündəm

“Mənə qarşı hərbi çevriliş etmək istəmişdilər” – Prezident

image-vb
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Mən 2003-cü ildə hakimiyyətə gələrək, Prezident vəzifəsinə başlayaraq söz vermişdim ki, ərazi bütövlüyünü qoruyacağam və bu sözə əməl etdim”.

Busaat.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev bu gün Hərbi Qənimətlər Parkının açılışından sonra çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib ki, 2003-cü ildə ona qarşı hərbi çevriliş cəhdləri olub:

“Düşmənin bütün cəhdlərinə baxmayaraq, hər hansı bir güzəşt edilmədi. Halbuki təzyiqlər də olmuşdur, təhdidlər də olmuşdur. Mənə qarşı çevriliş cəhdləri olmuşdur. 2003-cü ildə Azadlıq meydanında AXC-Müsavat cütlüyünün tör-töküntüləri hərbi çevriliş etmək istəmişdilər, alınmadı, xalq dəstəkləmədi. 2005-ci ildə Azərbaycanda “narıncı inqilab” təşkil etmək istəmişdilər. Artıq başlarına narıncı bantlar bağlamışdılar. Narıncı çadırlar gətirilmişdi. Nə idi məqsəd? Məqsəd satqınları hakimiyyətə gətirmək, onların əli ilə Qarabağı ermənilərə vermək və Azərbaycana rəhbərlik etmək. Mən bunu qoymurdum. Ona görə bəzi xarici paytaxtlarda qərar verildi ki, İlham Əliyevi devirməliyik. O vaxt da “narıncı inqilab” dəbi var idi. Orada-burada inqilablar baş verirdi. Bu inqilabların axırı nə oldu, indi hər kəs görür. Ölkələr bərbad vəziyyətdədir, böhrandan çıxa bilmirlər, artıq 15-17 ildir böhran hökm sürür. O ölkələrin böhrandan çıxma ehtimalı çox aşağıdır. Yenə də xalq arxamda durdu. Yenə də xalq müstəqil siyasəti dəstəklədi”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=43468