Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft93.39 $▼1.97%
  • WTI neft86.45 $▼2.14%
  • Avropa qazı (TTF)84.05 €▼7.59%
  • Təbii qaz (ABŞ)3.134 $▼0.76%
  • Qızıl3 861 $▼0.23%
  • Gümüş46.92 $▼0.85%
  • Pambıq81.31 ¢▲2.99%
  • Buğda600.00 ¢▲2.26%
  • Bitcoin64 832 $▼0.74%
  • Ethereum1 825 $▼0.52%
  • S&P 5007 467▼1.25%
9°Bakı
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
Cəmiyyət

“Məşədi Dadaş” məscidində yeni təyinat - FOTO

image-mesedi-dadas-mescidine-yeni-imam-teyin-edilib-6040
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Bakı şəhəri, Nəsimi rayonu “Məşədi Dadaş” məscidinə qadın dini ayinlərin icraçısı təyin edib.

Komitədən Busaat.az-a verilən xəbərə görə, Dövlət Komitəsi sədrinin əmri ilə bu vəzifəyə Elnarə Orucova təyinat alıb. E.Orucova İslam dininə aid ibadət yerlərinə qadın dini ayinlərin icraçısı vəzifəsini tutmaq üçün Dövlət Komitəsinin cari ilin 13-15 fevral tarixlərində təşkil etdiyi müsahibədən yüksək bal toplayaraq uğurla keçib.

E.Orucova Bakı İslam Universitetində bakalavr təhsili alıb, 2022-ci ildə Azərbaycan İlahiyyat İnstitutunun magistratura pilləsini bitirib. Din sosiologiyası üzrə təhsil alan E.Orucovanın magistr işi “Din və modernizasiya münasibətləri: sosioloji təhlil” mövzusunda olub.

Qeyd edək ki, bununla da Dövlət Komitəsi tərəfindən təyinat almış qadın dini ayinlərin icraçılarının sayı 17 nəfərə çatıb.

image-1684412097_646e2033733e9f821c1e4e41d27002d6untitled-1-jpg

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=110098