İngiltərəli məşhur ulduz Keti Prays hücuma məruz qalıb.
Busaat.az xarici KİV-ə istinadən xəbər verir ki, müğənni gecəyarı televizor izlərkən bir nəfər evə daxil olub və ona hücum edib.
Qonşular Praysın evindən qışqırıq səslərinin gəldiyini bildirib. Məlumata əsasən, hücum nəticəsində 43 yaşlı müğənni üzündən və gözündən yaralanıb.
Hazırda hücum edən şəxsin evə oğurluq və yaxud başqa səbəblərdən girdiyi araşdırılır.