Mətbuat Şurası İranın Azərbaycandakı səfirliyinə müraciət edib

image-metbuatbackend

Mətbuat Şurası İdarə Heyətinin üzvləri İranın Azərbaycandakı səfirliyinə müraciət edib.

Busaat.az  xəbər verir ki, müraciətdə bildirilir:

Müraciətdə qeyd olunub ki, Azərbaycan mediasında noyabrın 24 və 30-u tarixlərində ümumilikdə 27 nəfər İran vətəndaşının qeyri-qanuni yolla Azərbaycan ərazisinə keçməsi və ermənilərin yaşadığı bölgəyə daxil olması barədə məlumat yayılıb. Qeyd olunub ki, sözügedən şəxslərin Qarabağdakı terrorçu ermənilərə təlim keçmək üçün gəldikləri barədə mülahizələrə də mediada geniş yer verilib: “Azərbaycan mediasının çoxsaylı müraciətlərinə baxmayaraq, İranın Azərbaycandakı səfirliyinin indiyədək bu barədə hər hansı münasibət açıqlamadan susqunluq nümayiş etdirməsi dərin təəssüf və narahatlıq doğurur.

Ümid edirik ki, Azərbaycan mediası adından ünvanladığımız bu müraciət cavabsız qalmayacaq, İranın Azərbaycandakı səfirliyi olaraq, qeyd edilən ciddi məsələlərə dair müvafiq rəsmi mövqe bildirəksiniz.

Əks təqdirdə, Azərbaycan mediası məlum hadisələrdə İranın neqativ rolunun olmasını həqiqət kimi qəbul etmək məcburiyyətində qalacaq və fəaliyyətini bütünlüklə bu reallığa əsaslanaraq quracaq”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90