Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft93.08 $▼2.30%
  • WTI neft86.13 $▼2.50%
  • Avropa qazı (TTF)84.05 €▼7.59%
  • Təbii qaz (ABŞ)3.127 $▼0.98%
  • Qızıl3 868 $▼0.06%
  • Gümüş47.11 $▼0.45%
  • Pambıq81.31 ¢▲2.99%
  • Buğda601.50 ¢▲2.51%
  • Bitcoin64 874 $▼0.68%
  • Ethereum1 823 $▼0.62%
  • S&P 5007 452▼1.44%
9°Bakı
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
Gündəm

“Metropoliten”də sərnişinlə qatar yolu arasında şüşə maneə niyə quraşdırılmır? – Açıqlama

image-1728028132_1-recovered-copy-recovered-recovered
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Ötən gün metroda ard-arda baş verən iki bədbəxt hadisədən sonra insanların əksəriyyətinin ağlında yenə eyni suallar dövr etməyə başlayıb. Dünyanın inkişaf etmiş ölkələrinin əksəriyyətində artıq illərdir sərnişin ilə qatar yolu arasında şüşədən arakəsmələr quraşdırılıb.

Və bu maneə divarlarının qapıları qatar qapıları ilə birlikdə açılıb bağlandığına görə qatar olmadığı zamanlarda sərnişin istəsə belə, qatar yoluna “düşə” bilmir. Bəs, Azərbaycanda bu sistem niyə həyata keçirilmir?

Mövzu ilə bağlı “Bakı Metropoliteni” QSC-dən Valyuta.az-ın suallarını cavablandıran mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyir ki, bu məsələ Bakı Metropolitenində araşdırılmış mövzdudur. Mövzunun bir neçə tərkib hissəsi var:

“Birincisi, bu arakəsmələri quraşdırmaq üçün ilk növbədə möhkəmləndirmə işləri aparılmalıdır. Bu proses kənardan asan görünə bilər. Hər kəs evində hər hansı sütunu ləğv edə, istinad divarlarını sökə bilər. Amma Bakı Metropolitenində kənar müdaxilə yolverilməzdir.  Bakı metrosunda bu cür maneə divarlarının olmamasına ən böyük səbəb kimi metronun sovet dövründə tikilməsini və böyük maliyyə xərclərinin vacibliyini də qeyd etmək lazımdır. Bu gün buna xərclənəcək yüz milyonlarla vəsaiti daha vacib təhlükəsizlik tədbirlərinə yönləndirmək daha məqsədə uyğun hesab olunar. Təhlükəsizlik tədbirlərinin özünün belə prioritet istiqamətləri var. Bunun ən gözə görünən forması o ola bilər ki, yeni stansiyaların tikilməsi ilə xətlərin ayrılması həyata keçirilsin. Həmçinin sərnişin axınının və həkətin tənzimlənməsi, platformanın yükgötürmə qabiliyyətinə uyğun olaraq bir sıra tədbirlərin görülməsi çox əhəmiyyətlidir”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=149457