Meyxanaçılar aparıcılarla MÜBAHİSƏ ETDİLƏR – VİDEO

image-meyxanabackend

“Rəngarəng səhər” verilişinin növbəti buraxılışı da qalmaqalsız ötüşməyib.

Busaat.az xəbər verir ki, proqramda qonaq olan meyxanaçılar Rüfət Nasosnu və Aydın Sani ilə verilişin aparıcıları Zaur Nəbioğlu və Aysel Novruzovanın fikirləri üst-üstə düşməyib.

Belə ki, aparıcılar heç kimin yerinin dolmadığını bildiriblər. Onlar Alim Qasımov, Aygün Bəylər, İbrahim Tatlıses kimi sənətkarların əvəzolunmaz olduqlarını deyiblər.

Meyxanaçılarsa bu fikirlə razılaşmayıblar. Rüfət Nasosnu heç kimin əvəzsiz olmadığını qeyd edib:

“Siz dediyiniz sənətçilər təkrarolunmazdılar. Əvəzolunmaz sənətkar yoxdur. Hamı əvəz edilə bilir, yerlərinə başqaları gəlir”.

Aparıcılarsa Murat Boz, Tarkan və digər sənətçiləri nümunə gətirərək öz fikirlərini əsaslandırmağa çalışıblar:

“Tarkan var idi, sonra da Murat Boz gəldi. Onun kimi çıxdı, onun kimi oxudu, amma heç vaxt onun yerini doldura bilmədi, Tarkan olmadı”.

Sözügedən videonu təqdim edirik:

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki