Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft98.14 $▼0.18%
  • WTI neft91.13 $▲0.33%
  • Avropa qazı (TTF)85.59 €▼4.52%
  • Təbii qaz (ABŞ)3.021 $▲0.77%
  • Qızıl4 129 $▲1.33%
  • Gümüş53.10 $▲2.22%
  • Pambıq78.54 ¢▲0.24%
  • Buğda591.25 ¢▲0.00%
  • Bitcoin74 754 $▲0.04%
  • Ethereum2 137 $▲0.58%
  • S&P 5007 377▲0.27%
8°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Gündəm

Məzahir Pənahov bu vəzifəsindən AZAD OLUNDU

image-1649396643_1649395630_214568_l206tq9jk2
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Bakı Dövlət Universitetinin (BDU) Ümumi fizika və fizikanın tədrisi metodikası kafedrasının müdiri vəzifəsindən azad olunub.

Busaat.az xəbər verir ki, Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Məzahir Pənahov MSK sədri vəzifəsini tutduğu üçün 25 ildir müdiri olduğu Ümumi fizika və fizikanın tədrisi metodikası kafedrasındakı vəzifəsindən getməli olub.
BDU rektoru Elçin Babayevin müvafiq əmri ilə Fizika-riyaziyyat elmləri namizədi, “Ümumi fizika və FTM” kafedrasının dosenti Rəhimov Rəhim Şükür oğlu Ümumi fizika və fizikanın tədrisi metodikası kafedrasının müdiri vəzifəsinə təsdiqlənib.
Qeyd edək ki, Məzahir Pənahov 1993-cü ildə Fizika-riyaziyyat elmləri doktoru, professordur. 1991-ci ildən 1996-cı ilədək Ümumi fizika kafedrasının, 1996-cı ildən Ümumi fizika və fizikanın tədrisi metodikası kafedrasının müdiri olub. O, 19 may 2000-ci ildən MSK-ya rəhbərlik edir.
MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=74701