
Məzahir Pənahov: “Seçki nəticələrinin ləğvinə meyilliyik”
“Qanun pozuntuları olan dairələrdə seçki nəticələrinin ləğv olunmasına meyilliyik”.
Busaat.az-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında qurumun sədri Məzahir Pənahov deyib.
O, bu fikri 79 saylı Seçki Dairəsi üzrə daxil olan müraciətlərə baxılması zamanı açılan müzakirələrdə səsləndirib.
















