“Milli Məclisin sədri Sahibə Qafarova Ermənistan parlamentinin spikerinin iddialarına tutarlı və arqumentli cavab verib” – Jalə Əhmədova

image-media-jale-ahmedova-3io6frtqxz4bnhpwmk7ubackend

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstan Respublikasına işgüzar səfəri çərçivəsində  Almatı şəhərində keçirilən MDB PA Şurasının iclasında Ermənistan parlamentinin spikeri Alen Simonyanın guya Azərbaycanın atəşkəs rejimini pozması haqqında iddialarına tutarlı və arqumentli cavab verib.

Sahibə Qafarova bildirib ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi artıq bəyan edib ki, ölkəmizin suveren ərazisi olan Qarabağda mövqelərin və dislokasiya yerlərinin dəqiqləşdirilməsi prosesi aparılır. Lakin buna baxmayaraq, martın 26-da səhər saatlarında qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Azərbaycan Ordusunun bölmələrinə qarşı təxribat törətməyə cəhd göstəriblər. Görülən tədbirlər nəticəsində qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri geri çəkilməyə məcbur edilib.

Daha sonra Milli Məclisin sədri qeyd edib ki, Azərbaycan 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatına sadiqdir. Lakin həmin bəyanatın 4-cü bəndinə uyğun olaraq, Ermənistan ordusunun qalıqlarının və qeyri-qanuni erməni silahlı dəstələrinin Azərbaycan ərazilərindən tam olaraq çıxarılması indiyə qədər icra edilməyib. Buna görə də bəyanatın müddəalarını pozan Azərbaycan deyil, məhz Ermənistandır.

Sahibə Qafarova onu da diqqətə çatdlrlb ki, Azərbaycan Ermənistana münasibətlərin normallaşması ilə bağlı 5 maddədən ibarət sənəd təqdim edib və Ermənistan tərəfinin cavabını gözləyir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90