Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft98.32 $▼1.34%
  • WTI neft90.83 $▼0.68%
  • Avropa qazı (TTF)85.59 €▼0.95%
  • Təbii qaz (ABŞ)2.998 $▲1.42%
  • Qızıl4 075 $▲0.52%
  • Gümüş51.94 $▲0.77%
  • Pambıq78.54 ¢▲0.24%
  • Buğda591.25 ¢▼0.67%
  • Bitcoin75 914 $▲0.21%
  • Ethereum2 239 $▲0.09%
  • S&P 5007 377▲0.27%
11°Bakı
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
Son dəqiqə

Milyonlarla insana təsir edən qərar: bundan sonra iş saatları...

image-1703686120_teqvim_1724068748-full
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Türkiyədə 30 milyondan çox işçiyə birbaşa aidiyyəti olan Türkiyə Əmək Qanununda yeni dəyişikliklər olacaq.

Bu çərçivədə maaşlar, iş saatları, həftəlik və illik məzuniyyət kimi bir çox mövzuda yeni tənzimləmələr ediləcək.

Bu məsələ ötən həftə Türkiyənin vitse-prezidenti Cevdet Yılmazın sədrliyi ilə keçirilən İnvestisiya Mühitinin Yaxşılaşdırılması Koordinasiya Şurasında da (YOİKK) müzakirə edilib.

İclasda uzaqdan, yarımştat, müvəqqəti və platforma kimi yeni nəsil çevik iş modelləri ilə bağlı dəyişikliklərin iş dünyasının tələbləri və iş-özəl həyat balansı nəzərə alınmaqla müəyyən edilməsi qərara alınıb.

Məsələ Beynəlxalq Əmək Təşkilatının (BƏT) iclasında da gündəmə gətiriləcək. Bu çərçivədə iş saatlarına yeni düzəlişlərin ediləcəyi gözlənilir. Bildirilir ki, 45 və bəzi peşə qruplarında olan 48 saatlıq iş saatı 40 saata endirilə bilər.

“Hazırlanacaq qaydalara işçilərin ixtisaslarının artırılması ilə bağlı yeni müddəalar daxil ediləcək. Sosial məsuliyyət layihələri həyata keçirən bir çox müəssisə var. Öz işçilərinə maaş vermir, ya da az maaş verir. Burada disbalans var, bu, həll edilməlidir”, – mövzu ilə bağlı hökumət mənbələri bildirib.

Sabiq əmək və sosial müdafiə naziri Vedat Bilgin “İş həyatımızı modernləşdirməli və iş saatlarını yenidən təşkil etməliyik” deyib. Müxalifət də ötən il Türkiyə Böyük Millət Məclisinə iş vaxtının həftədə 37,5 saata endirilməsi ilə bağlı qanun layihəsi təqdim edib./publika.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=145543