Misir prezidenti Sisi Paşinyanla görüşdü

image-1102833backend

Misir prezidenti Əbdülfəttah əs-Sisinin Ermənistanda baş nazir Nikol Paşinyanla görüşündə iki ölkə arasında münasibətlərin inkişafı müzakirə olunub.

Busaat.az xəbər verir ki, Ermənistana səfər edən ilk Misir prezidenti kimi tarixə düşən Sisi paytaxt İrəvanda baş nazir Paşinyanla görüşüb.

Ermənistanın rəsmi xəbər agentliyi Armenpress-in xəbərinə görə, Paşinyan iki ölkə arasında iqtisadi əlaqələrin daha da inkişaf edəcəyinə ümid etdiyini bildirib və “münasibətlərdəki istiliyin Ermənistanın İslam dünyasına və mədəniyyətinə hörmətini əks etdirdiyini” deyib.

Sisi iki ölkə arasında yüksək texnologiyalar, turizm, kommunikasiya və enerji sahələrində qarşılıqlı investisiyalar, əməkdaşlıq imkanlarının olduğunu da qeyd edib.

Ermənistanın baş nazirlik ofisinin açıqlamasında Paşinyanın Avrasiya İqtisadi İttifaqı ilə Misir arasında azad ticarət sazişi üzrə danışıqlarda prosesi dəstəklədiklərini ifadə etdiyi vurğulanıb.

Digər tərəfdən, Ermənistan prezidenti Vaaqn Xaçaturyanla Sisi arasında keçirilən görüşlə bağlı Armenpress-in xəbərində Misir prezidentinin Ermənistanla Azərbaycan arasındakı münaqişədə bitərəf olduqlarını və vasitəçilik etməyə hazır olduqları bildirilib.

Sisinin Ermənistanla təmasları zamanı tərəflər arasında elm və texnologiya, təhsil, mədəniyyət, idman, iqtisadiyyat və investisiya sahələrində memorandumlar imzalanıb.

Misir prezidenti yanvarın 25-də Hindistana, sonra isə yanvarın 28-də Azərbaycana səfər edib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki