Əbdülfəttah əs-Sisi yenidən Misir prezidenti seçilib.
Busaat.az xəbər verir ki, Misirin hazırkı lideri Əbdülfəttah Əl Sisi dekabrın 10-12-də keçirilən ümumi seçkilərdə qalib gəlib və növbəti 6 ildə yenidən ölkənin prezidenti olacaq. Misirin Milli Seçki Komissiyası Qahirədə keçirilən prezident seçkilərinin rəsmi nəticələrini təqdim edib.
Milli Seçki Komissiyasının sədri Hazem Bədavi Misir xaricində referendumda iştirak edən seçicilərin və ölkədəki ümumi səsin 89,6 faizinin Əl-Sisiyə səs verdiyini bildirib.
Sisi ilk dəfə 2014-cü ildə prezident seçilib və 2018-ci ildə hər iki dəfə səslərin 97 faizini toplayaraq yenidən prezident seçilib.