“MİSLİ” QUMARI DAHA BİR GƏNCİ İNTİHARA APARDI – İŞ PROKURORLUQDA…

image-tia_04a3269f6e205ad46bbc412faba8e2d7_4t5hapbmsjgleq6o3xvk-640x336backend

Şirvan şəhərində 16 yaşlı oğlan intihara cəhd edib.

Busaat.az qafqazinfo-ya istinadla xəbər verir ki, saat 17 radələrində 11-ci sinif şagirdi Ə.C özünü stadionun yaxınlığındakı yarımtikilidən atıb. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. İlkin araşdırma zamanı məlum olub ki, yeniyetmə onlayn oyunlardan birinə qoşularaq, 800 manat uduzub və bu səbəbdən həyatına qəsd etmək qərarına gəlib.

Sosial şəbəkələrdə yayılan son məlumata görə, intihara cəhd edən gənc “Azərlotereya” ASC-nin “Poz, qazan”“Misli.Az” kimi oyunlarında iştirak edib. İddialara görə, bu fakta əsaslansaq, “Misli” qumarı daha bir gəncin həyatında faciəyə səbəb olub. Hazırda faktla bağlı prokurorluqda araşdırma aparılır. Adı keçən tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90