Mişustin niyə Paşinyanla görüşməkdən imtina edib?

image-misustinbackend

Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin Baş nazirləri noyabrın 18-dən 20-nə qədər Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak etmək üçün Ermənistanın paytaxtı İrəvanda bir araya gəlmişdilər. İclas çərçivəsində bir sıra görüşlər keçirildi və sənədlər imzalandı. Lakin maraqlıdır ki, nə Ermənistan, nə də Rusiya mediasında iki ölkənin Baş nazirləri Nikol Paşinyan və Mixail Mişustin arasında ikitərəfli görüşün keçirilməsinə dair heç bir məlumat yayımlanmayıb.

Busaat.az  “Hraparak” qəzetinə istinadən xəbər verir ki, Paşinyan və onun komandası bu görüşün baş tutması üçün çoxlu səy göstərib. Paşinyanın rusiyalı həmkarı ilə müzakirə edəcək bir sıra mövzuları olsa da, ona nəzakətlə rədd cavabı verilib.

Qəzet yazır ki, Mişustin cansıxıcı və addımlarını əvvəlcədən təxmin etmək olan Paşinyanla görüşməkdənsə, caz klubu və bir sıra digər yerləri ziyarət etməyi üstün tutub. “Hraparak” iddia edir ki, Rusiyanın Baş nazirinin Paşinyanla görüşdən imtina etməsi üçün öz səbəbləri olub.

Belə ki, Mişustinin Paşinyanla görüşdən imtina etməsinə səbəb onun Ermənistana səfərindən cəmi bir neçə gün əvvəl keçirilən və növbəti dəfə anti-Rusiya şüarlarının səsləndirildiyi etiraz aksiyaları olub. İrəvan bu dəfə də öz uğursuzluqlarında Rusiyanı günahlandırmağa çalışıb.

Qəzetin fikrincə, Kreml bu etirazların birbaşa Nikol Paşinyanın göstərişi ilə təşkil olunduğuna əmindir və Rusiya, hətta Ermənistanın Baş nazirindən Ermənistan parlamentinin müdafiə məsələləri üzrə daimi komissiyasının sədri Andranik Koçaryanı vəzifəsindən uzaqlaşdırmağı tələb edib. Belə ki, Moskva Koçaryanı həmin gün Rusiya əleyhinə “isteriyanın” koordinatorlarından biri hesab edir.

Qafqazinfo

Yanvarın 1-dən bu şəxslərin pensiyaları artımla veriləcək
Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90