MOK nümayəndələri Litvada beynəlxalq təlimlərdə iştirak ediblər

image-5d6e47e62913a_nocjpg-1732877332backend

Milli Olimpiya Komitəsinin (MOK) nümayəndələri Litvada Olimpiya dəyərlərinin tədrisi üzrə beynəlxalq təlimlərdə iştirak ediblər.

Busaat.az xəbər verir ki, Litva Olimpiya Komitəsinin ERASMUS+ layihəsi çərçivəsində keçirilən “Olimpiya dəyərlərinin tədrisi” mövzusunda 8 günlük təlimlərdə MOK-un əməkdaşı Nərmin Kərimova və OCEP ekspert qrupunun sədri Namiq Cəfərov da yer alıblar.

Təlimlərdə Olimpiya dəyərlərinin təbliği və tədris metodikaları ilə bağlı müasir yanaşmalar müzakirə olunub, həmçinin müxtəlif ölkələrin nümayəndələri ilə təcrübə mübadiləsi aparılıb. Tədbir çərçivəsində Litva Olimpiya Komitəsinə təşkil edilən ziyarətdə əməkdaşlıq imkanları və gələcək layihələr müzakirə edilib.

Bu, Azərbaycanın Olimpiya hərəkatının inkişafına və beynəlxalq əlaqələrinin gücləndirilməsinə töhfə verən önəmli addımdır.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki