Məzmuna keç
  • Azeri Light106.81 $▼5.85%
  • Brent neft99.10 $▲5.89%
  • WTI neft91.03 $▲5.04%
  • Avropa qazı (TTF)89.64 €▲5.42%
  • Təbii qaz (ABŞ)2.954 $▲0.75%
  • Qızıl4 098 $▼1.25%
  • Gümüş51.79 $▼2.47%
  • Pambıq78.45 ¢▲0.47%
  • Buğda599.25 ¢▼0.08%
  • Bitcoin75 213 $▼6.48%
  • Ethereum2 211 $▼8.70%
  • S&P 5007 354▼4.36%
15°Bakı
  • USD1.7000
  • EUR1.9148▲0.0051
  • 100 RUB2.0782▼0.0014
  • GBP2.2935▲0.0054
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2549▲0.0006
  • GEL0.6554▲0.0006
  • 100 KZT0.3757▼0.0002
  • UAH0.0373
  • 100 JPY1.0765▼0.0006
  • CHF2.0878▲0.0046
  • USD1.7000
  • EUR1.9148▲0.0051
  • 100 RUB2.0782▼0.0014
  • GBP2.2935▲0.0054
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2549▲0.0006
  • GEL0.6554▲0.0006
  • 100 KZT0.3757▼0.0002
  • UAH0.0373
  • 100 JPY1.0765▼0.0006
  • CHF2.0878▲0.0046
Media

“Müəllimlər Müəllimlərə Mentorluq edir: Azərbaycan Pedaqoqlarının Gücləndirilməsi” layihəsi uğurla yekunlaşıb

image-1
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Azərbaycan təhsilində müəllimlərin peşəkar inkişafına dəstək məqsədilə həyata keçirilən “Müəllimlər Müəllimlərə Mentorluq edir” layihəsinin yekun mərhələsi olan bağlanış görüşü baş tutub. “Azərbaycan Pedaqoqlarının Gücləndirilməsi” istiqamətində gerçəkləşdirilən layihə müəllimlər arasında bilik və təcrübə paylaşımını təşviq etməklə yanaşı, pedaqoqların liderlik və mentorluq bacarıqlarının inkişafına xidmət edib.

Bağlanış görüşündə layihə rəhbəri, Cəlilabad rayonunun Dələli kənd məktəbinin tarix müəllimi və direktoru Maqsud Məmmədov layihənin məqsədləri, həyata keçirilmə mərhələləri və əldə olunan nəticələr haqqında ətraflı məlumat verib. O bildirib ki, layihə ərzində keçirilən mentorluq sessiyaları müəllimlərin tədris bacarıqlarının təkmilləşdirilməsinə və açıq kommunikasiya mühitinin yaradılmasına yönəlib.

Layihənin mentoru Rüfət Əsədzadə mentorluq prosesinin əsas məqamlarını dəyərləndirib və iştirakçılara gələcək fəaliyyətlərində yararlı ola biləcək tövsiyələr təqdim edib. Görüş zamanı iştirakçılar layihənin onların peşəkar inkişafına verdiyi müsbət təsirdən bəhs edib, layihədən qazandıqları təcrübə və bilikləri öz məktəblərində necə tətbiq edəcəkləri barədə konkret fəaliyyət planları hazırladıqlarını qeyd ediblər.

Layihə çərçivəsində fərdi və qrup formatında təşkil olunan görüşlər pedaqoqlar arasında qarşılıqlı dəstək, uğurlu münasibətlərin qurulması və davam etdirilməsi üçün effektiv metod və strategiyaların öyrənilməsinə imkan yaradıb.

Qeyd edək ki, layihə Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsi çərçivəsində Maqsud Məmmədov tərəfindən icra olunub və “müəllimdən müəllimə” yanaşmasının Azərbaycanda təbliği baxımından əhəmiyyətli bir addım olub.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=169286