Bakı Apellyasiya Məhkəməsinin oktyabrın 24-də 2-3(103)-54/2023 saylı qərarı ilə “Muğan Bank” ASC müflis elan edilib və iflas proseduruna başlanılıb.
Busaat.az xəbər verir ki, bu barədə Əmanətlərin Sığortalanması Fondundan (ASF) bildirilib.
Qeyd olunub ki, Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən Əmanətlərin Sığortalanması Fondu “Muğan Bank” ASC-nin ləğvedicisi təyin edilib.