Avqustun 12-də “Virtual məktəb”də müəllimlər üçün kurikulum üzrə növbəti sınaq imtahanına start veriləcək. Təhsil Nazirliyindən Busaat.az-a bildirilib ki, sınaq imtahanlarının keçid linkləri qeyd olunan tarixdən etibarən 10 gün müddətində “Virtual məktəb”in müəllim region qruplarında aktiv olacaq. Qeyd edək ki, sınaq imtahanı “Virtual məktəb”də Azərbaycan və rus bölmələri üzrə müəllimlər üçün keçirilən “Kurikulumun tədrisi üzrə vebinarlar”dakı mövzuları əhatə edir. Vebinarların keçirilməsində məqsəd müəllimlərə işə qəbul, sertifikasiya və diaqnostik qiymətləndirmə üzrə aparılacaq imtahanlara hazırlığa dəstək göstərməkdir. İlk dəfə 14-24 iyul tarixlərində təşkil olunan sınaq imtahanlarında 5926 nəfər Azərbaycan bölməsi, 1583 nəfər rus bölməsi olmaqla ümumilikdə 7509 müəllim iştirak edib. Nəticələrə əsasən, iştirakçıların 87 faizi 15-dən çox suala düzgün cavab verərək sınaq imtahanından uğurla keçiblər. 68 nəfər isə təqdim olunan bütün sualları düzgün cavablandırıb.
MÜHÜM: Təhsil Nazirliyi açıqladı- Sabahdan etibarən…
Bu bölməyə aid digər xəbərlər
Çoxsaylı dələduzluq əməlləri törətməkdə təqsirli bilinən “Moon Kids” Uşaq Bağçasının təsisçisi və direktoru Havvaxanım Rüstəmovanın cinayət işi üzrə məhkəmə prosesi […]
Bakı buxtasının ekoloji vəziyyətinin yaxşılaşdırılması istiqamətində müəyyən edilmiş tapşırıqlar çərçivəsində buxtanın Dənizkənarı Milli Park ərazisinə düşən hissəsində suyun müxtəlif üzvi […]
Son illər Bakının küçələrində elektrik skuterləri sayı nəzərəçarpacaq dərəcədə artıb. Vaxta qənaət, nisbətən aşağı xərc və tıxaclardan yayınmaq imkanı bu […]
“Magen David Azerbaijan” insan hüquqlarının müdafiəsi və xeyriyyəçilik cəmiyyətinin sədri David Seliverstov Müdafiə Nazirliyinin sabiq maliyyə-büdcə rəisi Nizami Məmmədovla bağlı […]
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sentyabr ayının 5-dən oktyabr ayının 5-dək “Diqqət, uşaqlar!” devizi altında təhlükəsizlik […]
Daxili İşlər Nazirliyi dövlət qurumlarının adından edilən aldadıcı zənglərlə bağlı çağırış edib. Busaat.az xəbər verir ki, bu barədə DİN-dən bildirilib. […]









