MÜHÜM:Koronavirusun daha bir simptomu aşkarlandı

MÜHÜM:Koronavirusun daha bir simptomu aşkarlandıbackend

Ürək döyüntüsünün sürətində artım COVID-19 xəstəliyinin simptomu ola bilər.

Busaat.az xəbər verir ki, bu, İngiltərədə aparılan araşdırma zamanı ortaya çıxıb.

“Express” qəzetinin “COVID Symptom Study”nin statistikasına istinad etdiyi məqalədə bildirilir ki, dünyanın müxtəlif bölgələrindən 4 milyondan çox insanın bilgiləri mobil tətbiq vasitəsilə analiz edilib. Nəticələr koronavirusun nizamsız və ya yüksək sürətli ürək döyüntülərinə səbəb ola biləcəyini göstərib.

Qeyd edək ki, COVID-19-un əsas simptomları qızdırma, öskürək, tənəffüs çatışmazlığı, qoxu və dadbilmənin itməsidir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90