NATO-nun ən böyük təlimi başlayıb

image-natobackend

NATO-nun Baltik dənizində Baltik Əməliyyatları 2024 (BALTOPS) təlimləri başlayıb.

Busaat.az xəbər verir ki, bu barədə Litva Silahlı Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, manevrlərdə 20 alyans ölkəsindən doqquz minə yaxın əsgər və digər şəxsi heyət, 50-dən çox gəmi və 80-dən çox təyyarə iştirak edəcək.

Təlimlərin təşkili ABŞ Hərbi Dəniz Qüvvələrinin Altıncı Donanmasına həvalə olunub .

“Ölçüsü baxımından bu, Baltik dənizində indiyə qədər keçirilən ən böyük təlim olacaq”.

Qeyd olunur ki, İsveç də NATO-ya üzv olduqdan sonra ilk dəfə təlimdə iştirak edəcək.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki