Məzmuna keç
  • Azeri Light126.59 $▲3.80%
  • Brent neft111.70 $▼1.66%
  • WTI neft103.27 $▲3.28%
  • Avropa qazı (TTF)93.85 €▲3.93%
  • Təbii qaz (ABŞ)3.050 $▲11.48%
  • Qızıl4 008 $▼0.55%
  • Gümüş53.95 $▼0.02%
  • Pambıq80.31 ¢▼0.88%
  • Buğda625.00 ¢▼0.60%
  • Bitcoin80 462 $▼0.38%
  • Ethereum2 348 $▼0.32%
  • S&P 5007 624▼0.52%
14°Bakı
  • USD1.7004▲0.0001
  • EUR1.9061▲0.0002
  • 100 RUB2.0970▼0.0011
  • GBP2.2754▲0.0001
  • TRY0.0342
  • AED0.4630
  • CNY0.2542▼0.0002
  • GEL0.6547
  • 100 KZT0.3775▲0.0001
  • UAH0.0376
  • 100 JPY1.0827▼0.0002
  • CHF2.0664▲0.0001
  • USD1.7004▲0.0001
  • EUR1.9061▲0.0002
  • 100 RUB2.0970▼0.0011
  • GBP2.2754▲0.0001
  • TRY0.0342
  • AED0.4630
  • CNY0.2542▼0.0002
  • GEL0.6547
  • 100 KZT0.3775▲0.0001
  • UAH0.0376
  • 100 JPY1.0827▼0.0002
  • CHF2.0664▲0.0001
Gündəm

NATO: Rusiya yazda Ukraynaya yeni hücum planlaşdırır

image-download-3
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Rusiyanın yazda Ukraynaya yeni hücum ehtimalı var və Ukrayna buna hazır olmalıdır.

Busaat.az xəbər verir ki, bunu NATO Hərbi Komitəsinin rəhbəri admiral Rob Bauer bildirib.

NATO Baş Qərargah Rəisləri Yığıncağının sonunda NATO-nun ən yüksək hərbi rəsmisi Bauer mətbuat konfransı keçirib.

Bauer Rusiyanın yeni hücum təşkil etmək imkanı ilə bağlı sualı cavablandırarkən bildirib ki, Rusiyanın strateji hədəfləri dəyişməyib, ona görə də yeni hücum gözləyirlər.

“Bu, bizim tam əmin olduğumuz bir şey deyil, lakin ehtimallara əsaslanaraq deyə bilərik ki, strateji məqsədlərini dəyişməsələr, çox güman yazda yeni hücuma başlayacaqlar”, – Rob Bauer bildirib.

Ukraynanın Qərb ölkələrindən tələb etdiyi tanklara nə qədər ehtiyacı olduğu ilə bağlı sualı cavablandıran Bauer deyib:

“Müharibədə istənilən silah lazımdır. Əgər ruslar müharibədə tanklardan istifadə edirsə, ukraynalılara da tank lazımdır. Əgər sizi hədəf alan bir tank varsa, sizin də tankınız olmalıdır. Düşmənləri ilə uyğunlaşma ukraynalılar üçün vacibdir. Ukrayna üçün öz torpaqlarını ruslardan geri almaq istəyi də önəmlidir. Tank ruslarla döyüşmək və rus qüvvələrini bu torpaqlardan sıxışdırmaq üçün mühüm silah sistemidir”.

NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı (SACEUR) general Kristofer Kavoli tanklar haqqında deyib: “Öz başına sehrli çubuq sayıla biləcək silah sistemi yoxdur. Bütün sistemlərin balansı lazımdır”.

 

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=97661