“Naxçıvan” Universitetinin bağlanma xəbərinə nazirlikdən REAKSİYA

image-1697708411_07-1backend

Sosial şəbəkələrdə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən “Naxçıvan” Universitetinin bağlanması ilə bağlı məlumat yayılıb.

Busaat.az xəbər verir ki, buna səbəb kimi Naxçıvan Təhsil Nazirliyinin universitetdə keçirdiyi yoxlama zamanı ciddi pozuntuların aşkarlanması göstərilir.

Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov yayılan məlumatların doğru olmadığını bildirib.

“Yalnış məlumatdır. Bizdə elə bir xəbər yoxdur. Sosial şəbəkələrdə yayılan bütün xəbərlər doğru deyil. Elə bir proses olsa, rəsmi qərar açıqlanacaq. Mən elə bir qərar görməmişəm”, – o deyib.

Qeyd edək ki, “Naxçıvan” Universiteti 1994-cü ildən 1999-cu ilə kimi “Naxçıvan” bazası kimi fəaliyyət göstərib. Ədliyyə Nazirliyi 05 iyul 1999-cu il tarixli 33 saylı şəhadətnamə ilə müəssisəni Naxçıvan Özəl Universiteti adı ilə dövlət qeydiyyatına alıb. Universitet Azərbaycanın paytaxtı Bakı şəhərindən kənarda yerləşən yeganə özəl ali təhsil ocağıdır.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki