Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft93.35 $▼2.02%
  • WTI neft86.38 $▼2.22%
  • Avropa qazı (TTF)84.05 €▼7.59%
  • Təbii qaz (ABŞ)3.123 $▼1.11%
  • Qızıl3 871 $▲0.01%
  • Gümüş47.10 $▼0.48%
  • Pambıq81.31 ¢▲2.99%
  • Buğda601.50 ¢▲2.51%
  • Bitcoin65 040 $▼0.42%
  • Ethereum1 832 $▼0.13%
  • S&P 5007 461▼1.32%
9°Bakı
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
Gündəm

Naxçıvanda nazir və müavini vəzifəsindən azad edildilər

image-tia_50c3dfb729dcb355f2cde7610e726273_nvoy89fhb30cskz76qgi-620x336
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Naxçıvanın ekologiya və təbii sərvətlər naziri və müavini vəzifəsindən azad ediliblər.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov Mayis Abazər oğlu Əliyevin Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri, Bədəl Həsənovun isə Naxçıvan Muxtar Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini vəzifəsindən azad edilməsi haqqında sərəncamlar imzalayıb.

İmzalanan digər sərəncamla Xanlar Aftandil oğlu Mustafayev Naxçıvan Muxtar Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini təyin edilib. Naxçıvan Muxtar Respublikası ekologiya və təbii sərvətlər nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti də Xanlar  Mustafayevə verilib.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov Xanlar Mustafayevi bu gün kollektivə təqdim edəcəklər.

Qeyd edək ki, 1992-ci il təvəllüdlü Xanlar Mustafayev bu təyinatadək Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyində müxtəlif məsul vəzifələrdə çalışıb, nazirliyin tabeliyində “Geoloji Kəşfiyyat Agentliyi” publik hüquqi şəxsin İdarə Heyəti sədrinin müavini postunu tutub.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=110236