Nazim Bayramın işi məhkəməyə göndərildi

image-nazimmmbayrammmbackend

30 il əvvəl Bakı şəhər Nərimanov rayonu ərazisində qətl törətməkdə ittiham edilən tanınmış hərbi ekspertə açılan cinayət işinin ibtidai istintaqı başa çatıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Busaat.az-a bildirilib ki, 26 noyabr 1993-cü il tarixdə Fikrət İbrahimovun yaşadığı mənzildə qətlə yetirməkdə ittiham edilən şəxsin işi məhkəməyə göndərilib.

Prokurorluq və daxili işlər orqanları tərəfindən peşəkarlıqla həyata keçirilmiş çoxsaylı intensiv istintaq-əməliyyat tədbirləri nəticəsində zərərçəkmişin iş yoldaşı olmuş Nazim Bayramovun qeyd edilən tarixdə Fikrət İbrahimovun yaşadığı evə gələrək odlu silahdan 2 dəfə atəş açaraq sonuncunu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Nazim Bayramova 1 sentyabr 2000-ci il tarixə kimi qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 94-cü maddəsinin 2-ci bəndi ilə (ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə) yekun ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

Qeyd edək ki, Nazim Bayramov (Bayram) Birinci Qarabağ müharibəsində diviziya komandiri olub, həmçinin Vətən müharibəsində də könüllü kimi iştirak edib.


Qafqazinfo

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki