Nazir müavininin məhkəməsi başlayır

image-rafiq-mbackend

Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həbs edilən mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramovun məhkəməsi başlayıb.

Busaat.az xəbər verir ki, cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb və iş materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İşə hakim Əfqan Hacıyevin sədrliyi ilə baxılacaq. Hələ ki, prosesin ilkin hazırlıq iclası təyin edilməyib.

Qeyd edək ki, Rafiq Bayramov Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə ittiham edilir. O, tabeliyində olan idarələr və musiqi məktəblərindən aylıq on minlərlə manat məbləğində “tas” yığmaqda təqsirləndirilir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90