Kino Agentliyi film layihələri müsabiqəsinin 1-ci mərhələsinə yekun vurdu

image-foto122backend

Azərbaycan Respublikasının Kino Agentliyinin dövlət tərəfindən kino sahəsinin inkişafının dəstəklənməsi, kinematoqrafiya fəaliyyətinin təşviq edilməsi və yerli kinematoqrafçıların təcrübəsinin artırılması, milli-mənəvi və ümumbəşəri dəyərləri təbliğ edən filmlərin istehsalına nail olunması, eləcə də bu sahədə özəl sektorun dəstəklənməsi məqsədilə təşkil etdiyi müsabiqənin ilk mərhələsi başa çatıb.

Bu barədə Busaat.az-a agentliyin mətbuat xidnətindən bildirilib.

İlk mərhələdə müxtəlif janrlarda 87 layihə müraciəti qeydə alınıb. Artıq Seçim Komissiyası tərəfindən ilkin qiymətləndirmə və bədii seçim prosesinə başlanılıb.

Bu il müsabiqənin ümumi fondu 5 500 000 manat təşkil edir və layihələr dörd əsas istiqamət üzrə qəbul olunub: dövlət sifarişi ilə istehsal olunacaq filmlər; kommersiya filmləri; müəllif filmləri; debüt və tələbə filmləri.

Xatırladaq ki, müsabiqənin 1-ci mərhələsinə 18 iyul tarixində start verilib.
Artıq başlanan 2-ci mərhələdə isə Seçim Komissiyası tərəfindən ilkin qiymətləndirmə və bədii seçim həyata keçiriləcək.
Müsabiqənin 3-cü yekun mərhələsində Ekspert Şurası qarşısında müsabiqənin finalçıları tərəfindən layihələrin müdafiəsi (pitçinq) təşkil ediləcək.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki