“Növbəti tədris ilində 220 min uşağın məktəbəqədər təhsilə cəlbi nəzərdə tutulur”.
Busaat.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.
Nazirin sözlərinə görə, son bir ildə tərbiyəçi vəzifəsinə müsabiqə yolu ilə 241 nəfər işə götürülüb.
“İl ərzində 50 bağça müdiri işdən azad edilib. İcma əsaslı qrupların sayının artırılması və yeni alternativ modellərin tədbiqi planlaşdırılır”, – nazir deyib.