
Nazirin vəzifə verdiyi Vasif Əmiraslanov kimdir?
Xəbər verdiyimiz kimi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Nəqliyyat sahəsinin tənzimlənməsi şöbəsinə Vasif Əmiraslanovu müdir təyin edib.
Busaat.az-ın məlumatına görə, Vasif Əmiraslanov uzun illər Milli Məclisin energetika və ekologiya məsələləri üzrə qanunvericilik sektorunun müdiri, İqtisadi qanunvericilik şöbəsinin sektor müdiri vəzifəsində çalışıb.
Sonuncu iş yeri – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq ekspertizası şöbəsinin Cinayət və inzibati qanunvericilik sektoru olub. (Qaynarinfo)























