Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft91.67 $▼3.78%
  • WTI neft85.05 $▼3.72%
  • Avropa qazı (TTF)84.05 €▼7.59%
  • Təbii qaz (ABŞ)3.100 $▼1.84%
  • Qızıl3 875 $▲0.13%
  • Gümüş47.41 $▲0.19%
  • Pambıq81.31 ¢▲2.99%
  • Buğda601.75 ¢▲2.56%
  • Bitcoin64 916 $▲0.10%
  • Ethereum1 830 $▲0.56%
  • S&P 5007 417▼1.91%
8°Bakı
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
Gündəm

Nazirlik Zəfər muzeyi ilə bağlı vətəndaşlara müraciət

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Mədəniyyət Nazirliyi Zəfər muzeyi ilə bağlı vətəndaşlara müraciət edib.

Busaat.az-a daxil olan müraciətdə qeyd olunur: “Ali Baş Komandan, Azərbaycanın Prezidenti İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Ordumuzun qazandığı şanlı Qələbə hər birimizin yaddaşında əbədi həkk olunub. Bu Qələbə qəhrəman şəhidlərimizin canı-qanı, qazi hərbçilərimizin rəşadəti, əzmi və xalqımızın öz Ordusuna və Ali Baş Komandanına inamı sayəsində əldə edilib. İndi isə gəlin, bu Zəfəri bizə yaşadanların xatirəsini əbədiləşdirmək üçün birgə səy göstərək!

Bildiyiniz kimi, Azərbaycan Respublikası Prezidentinin 3 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi yaradılacaqdır.

Mədəniyyət Nazirliyi hər kəsi Zəfər muzeyinin fondunun yaradılması ilə bağlı dəstək göstərməyə çağırır!

Fondun təşkil edilməsi məqsədilə Vətən müharibəsində iştirak etmiş hərbçilərə, həkimlərə, şəhid olanlara, qazilərə məxsus şəxsi əşyalar, sənədlər, o cümlədən işğaldan azad edilən ərazilərimizə aid olan maddi-mədəniyyət nümunələri, xəritələr, gerblər və digər əşyaları olan vətəndaşlarımızdan 18 yanvar 2021-ci il tarixindən başlayaraq həmin nümunələri, pandemiya ilə əlaqədar tətbiq olunan sanitar-epidemioloji və karantin qaydalarına riayət etməklə, Azərbaycan İstiqlal Muzeyinə təhvil verilməsini xahiş edirik.

Ünvan: Azərbaycan İstiqlal Muzeyi. Bakı şəhəri, Muzey Mərkəzi, Neftçilər Prospekti 123a

Əlaqələndirici şəxs: Aida Axundova (012) 498-83-51, (050) 546-33-32”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=31869