Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft93.54 $▼1.82%
  • WTI neft86.89 $▼1.64%
  • Avropa qazı (TTF)84.80 €▼6.76%
  • Təbii qaz (ABŞ)3.141 $▼0.54%
  • Qızıl3 889 $▲0.49%
  • Gümüş47.23 $▼0.20%
  • Pambıq81.34 ¢▲3.03%
  • Buğda587.50 ¢▲0.13%
  • Bitcoin64 813 $▼0.77%
  • Ethereum1 824 $▼0.57%
  • S&P 5007 474▼1.15%
10°Bakı
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
Sağlamlıq

“Nə olsun 7000 yoluxma olub, koronavirus zəifləyir!” - Həkimdən çağırış

image-86d5f0fb974a9f069e337e8b0fc8ae67
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Təəssüflər olsun ki, yenə hamı panikadadır! Əziz dostlar! Dəfələrlə müxtəlif müsahibələrdə demişəm, yenə deyirəm! Yoluxma sayı önəmli deyil! Rəqəmlər sizi qorxutmasın! Önəmli olan yoluxma sayı deyil, ağırlaşma sayıdır!”.

Busaat.az  modern.az-a istinadən xəbər verir ki, bu çağırışla Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri, radioloq-həkim Aydın Əliyev çıxış edib.

O, növbəti dəfə əhalini koronavirusdan qorxmamağa səsləyib:

“Mən aktiv həkim işləyirəm, hər gün boğazı qıcıqlanan, öskürən, qızdırması olan xəstələr müayinə edirəm və real olaraq görürəm ki, son mutasiyalarda ağırlaşma sayı azdır! Demirəm arxayın düşün, demirəm qorunmayın, əlbəttə bunları edin, amma qorxmayın! Koronavirus getdikcə zəifləyir, ən qısa zamanda pandemiya bitəcək! Əmin olun! Qorxmayın! Hamı deyir ki, vayy, bu gün 7000 yoluxma olub! Ay qardaş nə olsun? Hər il dünyada 1 milyard insan qrip virusuna yoluxur, bəyəm qripə görə karantin edilir? Absurddur! Ağırlaşanlar müvafiq müalicə almalıdır! Yüngül xəstələr tezliklə sağalacaq! Qorxmayın! O2 Saturasiyası 95-dən çoxsa heç qorxmayın! Sağlam olun”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=70425