
Nə qədər ipoteka krediti verilib?
İpoteka və Kredit Zəmanət Fondu bu günə qədər 27975 ipoteka krediti verib.
Busaat.az-ın məlumatına görə, Fonddan bildirilib ki, verilmiş ipoteka kreditlərinin məbləği 1 milyard 396 milyon 76 min 643 manatdır.
Zəmanət verilmiş kreditlərin ümumi məbləği isə 69 milyon 724 min manatdır.






















