Neftçala rayonunda evdən çıxan koronavirus xəstəsi ilə bağlı cinayət işi başlanılıb.
Neftçala rayon prokurorluğundan Busaat.az-a verilən məlumata görə, rayon sakini 1995-ci il təvəllüdlü Qasımov Elşən Fərman oğlu “COVID-19” virusu ilə bağlı test analizi verməklə testin nəticəsinin pozitiv olmasını bilə-bilə karantin rejimini kobud surətdə pozub yeni növ koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaradıb.
Faktla bağlı Neftçala rayon prokurorluğunda Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə Neftçala rayon Polis Şöbəsinə göndərilib.
Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir