Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 897 $▲1.23%
  • Ethereum1 822 $▲3.05%
  • S&P 5007 562▼0.40%
10°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Cəmiyyət

Nemət Veysəlli vəfat etdi (FOTO)

image-07f3fffc3c17beae6f754e4eb6ebd4271628409179_tabut-jpg
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Yazıçı-publisist Nemət Veysəlli vəfat edib.

Bu barədə Busaat.az-a Azərbaycan Yazıçılar Birliyindən məlumat verilib.

Nemət Veysəlli 1941-ci ildə Füzuli rayonunun Yuxarı Veysəlli kəndində anadan olub. 1971-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.

1975-ci ildə Azərbaycan Dövlət Tele-Radio şirkətində, 1976–1993-cü illərdə Azərbaycan Yazıçılar İttifaqında, “Azərbaycan”, “Ulduz” jurnallarının publisistika şöbələrində işləyib.

“Qobustan” incəsənət toplusunda şöbə müdiri (1999–2001), Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin orqanı olan “Mədəniyyət” qəzetində baş redaktor (2001–2006), “Qarabağın səsi” qəzetində baş redaktor (2007–2008) vəzifəsində çalışıb.

O, “Sehrkar səslər, əfsanəvi rənglər”, “Sular qovuşan yerdə”, “Sənsiz keçən illər”, “Piyadaların döyüşü”, “Mənim müharibəm”, “Geriyə yol varmı” və digər bədii-publisistik kitabların müəllifidir.

Allah rəhmət eləsin!

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=104716