Nərimanovda DƏHŞƏT: Ölən və yaralananlar var

image-img_0960backend
image-ad_qayo_720x110px

Ötən gecə Bakıda ağır yol qəzası baş verib.

Busaat..az qafqazinfo-ya istinadən xəbər verir ki, saat 22:30 radələrində Nərimanov rayonu Ağa Nemətulla küçəsində “Toyota Prius” və “VAZ 2101” markalı avtomobillər toqquşub.

Nəticədə “VAZ”da olan Ağdaş rayon sakini 1993-cü il təvəllüdlü Fərid Mehman oğlu Zülfüqarov hadisə yerində ölüb. Daha 3 nəfər isə ağır xəsarət alıb.

Faktla bağlı Nərimanov RPİ-də cinayət işi açılıb, araşdırma aparılır.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki