Məzmuna keç
  • Brent neft111.92 $▲0.97%
  • WTI neft103.01 $▲1.65%
  • Avropa qazı (TTF)99.90 €▲5.70%
  • Təbii qaz (ABŞ)3.042 $▼0.72%
  • Qızıl4 046 $▼0.26%
  • Gümüş53.51 $▼1.11%
  • Pambıq78.34 ¢▲0.38%
  • Buğda599.50 ¢▼1.96%
  • Bitcoin80 904 $▲0.13%
  • Ethereum2 348 $▲0.04%
  • S&P 5007 737▲0.18%
16°Bakı
  • USD1.7000
  • EUR1.8907▼0.0080
  • 100 RUB2.1118▲0.0082
  • GBP2.2601▼0.0073
  • TRY0.0341
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6551▲0.0002
  • 100 KZT0.3723▼0.0037
  • UAH0.0372
  • 100 JPY1.0769▼0.0019
  • CHF2.0483▼0.0057
  • USD1.7000
  • EUR1.8907▼0.0080
  • 100 RUB2.1118▲0.0082
  • GBP2.2601▼0.0073
  • TRY0.0341
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6551▲0.0002
  • 100 KZT0.3723▼0.0037
  • UAH0.0372
  • 100 JPY1.0769▼0.0019
  • CHF2.0483▼0.0057
Gündəm

“Nəsimi və Müasir Azərbaycan Gəncliyi” layihəsinə start verildi

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Binəqədi rayonunda “Nəsimi və Müasir Azərbaycan Gəncliyi” layihəsi çərçivəsində ilk tədbir keçirilib.

“Loqos” Psixologiya və Nitq İnkişaf Mərkəzində Azərbaycan Respublikasının Gənclər Fondunun elan etdiyi 13-cü qrant müsabiqəsi qaliblərindən olan “Nəsimi və Müasir Azərbaycan Gəncliyi” layihəsi çərçivəsində ilk tədbir keçirilib.

Tədbirdə layihə rəhbəri, “İctimai.az” saytının baş redaktoru Rəşad Bayramov, layihənin eksperti Elşən Qəhrəmanov, “Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin icraçı direktoru Leyla Rəhimova və fəal gənclər iştirak ediblər.

İlk olaraq çıxış edən layihə rəhbəri Rəşad Bayramov, İmadəddin Nəsimi yaradıcılığı, onun fəaliyyəti, 2019-cu il “Nəsimi ili” çərçivəsində keçirilən tədbirlər və layihələr barədə iştirakçıları məlumatlandırıb.

Layihənin eksperti Elşən Qəhrəmanov, “Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin icraçı direktoru Leyla Rəhimova İmadəddin Nəsimi fəaliyyəti və yaradıcılığı barədə geniş məlumat verərək, onun dilinə, xalqına, vətəninə sadiqliyindən bəhs edib, gənclərin ictimai həyatda rolunun artırılması və vacibliyini vurğulayıblar.

Daha sonra layihə çərçivəsində keçirilən esse müsabiqəsinin qalibləri elan edilib və onlara diplomlar təqdim olunub.

Sonda xatirə fotosu çəkdirilib.

Qeyd edək ki, “Nəsimi və Müasir Azərbaycan Gəncliyi” layihəsi çərçivəsində Bakı və Gəncə şəhərində ümumilikdə 4 tədbir keçiriləcəkdir.

  

 

  

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=4058