New York Times əməkdaşları kütləvi şəkildə istefa verdilər

image-16541387429889717165backend

ABŞ-ın aparıcı media qurumlarından olan “New York Times”ın (NYT) əməkdaşları həmkarlar ittifaqı ilə rəhbərlik arasında aparılan danışıqların nəticəsiz qalmasından sonra 24 saatlıq tətilə başlayıblar.

Busaat.az xəbər verir ki, “New York Times”ın binası qarşısına toplaşan yüzlərlə qəzet işçisi əllərində pankartlarla qəzet rəhbərliyinə etiraz ediblər.

Qəzetin müxbiri və redaksiya heyətini təşkil edən əməkdaşlar “NewsGuild” ittifaqı ilə “New York Times” rəhbərliyi arasında 20 aydır nəticəsiz aparılan danışıqlara reaksiya verərək, iki ildir maaşlarını artıra bilmədiklərini və ədalətli razılaşma istədiklərini bildiriblər.

NewsGuild həmkarlar ittifaqı tərəfindən verilən yazılı açıqlamada, NYT rəhbərliyinin verdiyi təklifin ABŞ-dakı inflyasiya və orta əmək haqqı artımlarından çox geri qaldığına diqqət çəkilib.

NYT-də mövzu ilə bağlı xəbərlərdə, 2021-ci ilin martında müqavilə müddəti bitdikdən sonra tərəflər arasında 40-a yaxın görüş keçirildiyi, lakin maaş artımları, sağlamlıq və pensiya planları ilə bağlı konsensusun əldə olunmadığı qeyd edilib.

Bildirilib ki, NYT-də 1800-dən çox işçi var, onlardan təxminən 1450-si müvafiq həmkarlar ittifaqına bağlıdır.

Azı 1100 NYT əməkdaşı 24 saatlıq işin dayandırılması aksiyasına qatılıb. NYT əməkdaşları sonuncu dəfə 1981-ci ildə oxşar gündəlik tətil elan ediblər.

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90