Niderland millisinin yeni baş məşqçisi müəyyənləşdi

Niderland millisinin yeni baş məşqçisi müəyyənləşdibackend

Futbol üzrə Niderland milli komandasının yeni baş məşqçisi bəlli olub.

Sportfan.az “The Telegraph” nəşrinə istinadən xəbər verir ki, komanda Frank de Bura tapşırılacaq. Tərəflər 2022-ci ilə qədər müqavilə imzalamağa dair razılığa gəliblər.

Qeyd edək ki, Niderland millisində baş məşqçi postu Ronald Kumanın İspaniya “Barselona”sına keçidindən sonra boş qalıb.

Frank de Bur son olaraq ABŞ-ın “Atlanta Yunayted” klubunda işləyib. 50 yaşlı niderlandlı mütəxəssis əvvəllər ölkəsində “Ayaks”, İtaliyada “İnter” və İngiltərədə “Kristal Pelas” kimi komandalarda işləyib. O, Niderland millisində baş məşqçinin köməkçisi də olub. “Ayaks” De Burun rəhbərliyi altında dörd dəfə ölkə çempionluğu, bir dəfə isə Superkubok qazanıb. Sabiq müdafiəçi 1990 – 2004-cü illərdə milli komandanın formasını geyinib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90