Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin67 359 $▼1.27%
  • Ethereum1 904 $▼1.22%
  • S&P 5007 562▼0.40%
14°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Cəmiyyət

Nişanlı qızlar işə götürülmür? - Hüquqşünas açıqladı: Hər hansı bir ayrı-seçkiliyin...

image-ish1jpg-1733837005
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Bəzi işəgötürənlər nişanlı qızları, hamilə və ya azyaşlı uşağı olan qadınları işə götürməkdən imtina edirlər. Bunu isə həmin xanımların işə tam ciddiyyətlə yanaşmayacağı, müəyyən zaman sonra işdən ayrılacağı və ya başqa səbəblərlə əsaslandırlar.

Busaat.az xəbər verir ki, mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən hüquqşunas Paşa Səfərov bildirib ki, Əmək Məcəlləsində bir qrup şəxslərə, o cümlədən qadınlara əmək münasibətlərində güzəştlərin, imtiyazların və əlavə təminatların müəyyən edilməsi nəzərdə tutulub ki, bu nəzərdə tutulma ayrı-seçkilik hesab edilmir.

Paşa Səfərov, Hüquqşünas

P.Səfərov qeyd edib ki, qanunvericilik müəyyən qrup qadınlara, məsələn, hamilə, 3 yaşına çatmamış uşağı olan və s. həssaslıqla yanaşaraq onların əmək münasibətlərində yaranan hüquqlarını daim nəzarətdə saxlayır:

“Əmək Məcəlləsinin 12-ci maddəsinin “b” bəndinə əsasən, əmək münasibətləri sahəsində işəgötürənin Əmək Məcəlləsinin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək vəzifəsi var. İstər Əmək Məcəlləsində, istərsə də əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktlarda nişanlı şəxslərin, eləcə də azyaşlı uşağı olan qadınların işə götürülməsi ilə bağlı işəgötürən qarşısında hər hansı bir ayrı-seçkiliyin nəzərdə tutulması müəyyən olunmur”.

Hüquqşünasın sözlərinə görə, işə götürən tərəfindən nişanlı, yaxud azyaşlı uşağı olan qadınların işə götürülməsində müəyyən maneələrin yaradılması, yaxud onlara qarşı müəyyən qanundan kənar şərtlərin irəli sürülməsi Əmək Məcəlləsinin 12-ci maddəsinin “b” bəndinin tələbini pozmaq deməkdir.

“Bununla yanaşı, işçi qismində nişanlı, yaxud azyaşlı uşağı olan qadınların da mövcud vəziyyətlərindən dolayı əmək münasibətlərindən yayınmaları, yaxud onlara işə götürən tərəfindən müəyyən güzəştlərin verilməsini tələb etməsi qanunla nəzərdə tutulduğu hallarda mümkündür”. /bakıvaxtı.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=155541