“Bu sənətdə əjdaha, ilan, qurbağa tanımıram”
Bu fikirləri saytımıza açıqlamasında Xalq Artisti, Prezident təqaüdçüsü, Mədəniyyət Dalğası İctimai Birliyinin sədri Nisə Qasımova bildirib.
Xalq artisti Nisə Qasımova son vaxtlar gündəmi zəbt edən taclı-titullu məşhurlardan söz açıb.
“Özlərinə ad qoyanları görəndə dəhşətə gəlirəm. Durub necə deyə bilərəm ki, mənə “kraliça”, “prinsessa” deyin. Bu sənətdə əjdahanı, ilanı, qurbağanı tanımıram. Hər kəsi adı, eləcə də əməkdar və xalq artisti kimi tanıyıram. Dediyim sözləri kimsə ünvanına götürüb məndən inciməsin. Hər halda sizin yaşınızdan iki qat artıq sənət təcrübəm var”.