Məzmuna keç
  • Azeri Light97.62 $▲1.21%
  • Brent neft90.19 $▲0.97%
  • WTI neft83.40 $▲1.44%
  • Avropa qazı (TTF)84.45 €▲4.12%
  • Təbii qaz (ABŞ)3.283 $▼2.98%
  • Qızıl3 682 $▼1.15%
  • Gümüş44.41 $▼1.50%
  • Pambıq79.96 ¢▼0.17%
  • Buğda592.50 ¢▲1.33%
  • Bitcoin62 667 $▼0.50%
  • Ethereum1 771 $▼0.21%
  • S&P 5007 222▼1.36%
15°Bakı
  • USD1.7000
  • EUR1.8637▼0.0044
  • 100 RUB2.0630▼0.0057
  • GBP2.2325▼0.0111
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6564▲0.0011
  • 100 KZT0.3826▼0.0004
  • UAH0.0377▲0.0001
  • 100 JPY1.0653▼0.0028
  • CHF2.0151▼0.0079
  • USD1.7000
  • EUR1.8637▼0.0044
  • 100 RUB2.0630▼0.0057
  • GBP2.2325▼0.0111
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6564▲0.0011
  • 100 KZT0.3826▼0.0004
  • UAH0.0377▲0.0001
  • 100 JPY1.0653▼0.0028
  • CHF2.0151▼0.0079
Siyasət

Nuru Paşa Bakıya necə girdi? – Şıxlinskinin yavərinin İFADƏSİ

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Qafqaz İslam Ordusu və Nuru Paşanın 1918-ci il 15 sentyabrda Bakıya daxil olması ilə bağlı şahidin dilindən səslənən tarixi faktın biri də TEAS PRESS-in çapa hazırladığı “Nuri Killigil” kitabında əksini tapıb.

Kult.az xəbər verir ki, general Əliağa Şıxlinskinin yavəri olan Əli Asəf bəy qatil Torlakyanın ingilis hərbi tribunalında davam edən məhkəməsində ifadə verib.

Əli Asəf bəyin ingilis prokurorun suallarına cavabı:

– Adınız, ölkəniz? Haradan gəlirsiniz? Məşğul olduğunuz iş?

– Əli Asəf. Türkəm, iştipliyəm. İstanbulun Aksaray bölgəsində yaşayıram. 1918-ci ilin martından oktyabrına qədər general Əliağa Şıxlinskinin cangüdəni idim.

– O general harada komandanlıq edirdi?

– Nuru Paşa ordusunun korpuslarından birinin komandanı idi.

– Bakıya nə vaxt daxil oldunuz?

– Bakı 14 sentyabrda sükuta qərq oldu. Biz də 15 sentyabrda səhər şəhərə daxil olduq.

– Ordunuz şəhərə daxil olanda nələr gördüyünüzü deyərsinizmi?

– Cəbhənin mərkəzindəki müşahidə məntəqəsindən Nuru Paşa, Xəlil Paşa, Şıxlinski, mərhum şəhid Nazim bəy şəhəri müşahidə edirdik. 15 sentyabrda səhər bu generallarla Bakıya xüsusi qatarla daxil olduq. Bizi hərbi hissə komandanlarından Mürsəl Paşa qarşıladı. Salyan kazarmasının yaxınlığında Nuru Paşa və Xəlil Paşa əsgərləri təftiş etdilər. Oradan “Metropoliten” otelinə getdik.

– Şəhərdə vəziyyət necə idi?

– Şəhərdə gurultu vardı. Nuru Paşa şəhərdə bir qarmaqarışıqlıq olacağı təqdirdə vəziyyətin o dəqiqə nizama salınmasına dair əmr verdi. Özüm şəhəri gəzərkən 15-20 meyit gördüm. Soyğunçuluq və qarət olduğunu da dedilər. Nuru Paşa soyğunçuların həbsinə əmr verdi və 47 qarətçi edam olundu. Nuru Paşa şəhərdəki qətliamları dayandırdı…

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=18357