Olimpiya çempionu Kapitoliyə hücumda ittiham olunur

Olimpiya çempionu Kapitoliyə hücumda ittiham olunurbackend

ABŞ səlahiyyətliləri üzgüçülük üzrə ikiqat olimpiya çempionu Klit Kelleri yanvarın 6-da Kapitoliyə hücum etməkdə ittiham edib.

Busaat.az  xəbər verir ki, 39 yaşlı sabiq idmançı üç maddə üzrə ittiham olunur.

Toqquşmaları yayımlayan kameralar Kellerə bənzəyən şəxsi göstərib. O, hazırda hüquq-mühafizə orqanlarına maneçilik törətməkdə, qanuni əsaslar olmadan məhdud giriş imkanı olan hər hansı binaya qəsdən daxil olmaqda və Kapitoli ərazisindəki ictimai asayişi pozmaqla günahlandırılır.

Qeyd edək ki, Klit Keller 2000, 2004 və 2008-ci il Yay Olimpiya Oyunlarında iştirak edib. O, sərbəst üsulla 4×200 m məsafəyə estafet yarışlarında iki qızıl medal qazanıb.Report

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90