Ölkə siyasətində dirçəliş: “Siyasi rəqiblik anlayışına yeni baxış ortaya qoyulur”

Ölkə siyasətində dirçəliş: “Siyasi rəqiblik anlayışına yeni baxış ortaya qoyulur”backend

“Partiyaların normal fəaliyyət göstərməsi və cəmiyyətə açılması üçün münbit ortam yaradılır”.

Bunu Busaat.az-a açıqlamasında Milli Vəhdət Partiyası, Azərbaycan Milli Demokrat Partiyası və Ağ Partiyasının qeydiyyata alınmasına münasibət bildirən Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov deyib.

Siyasi partiyalarla qərarın son günlərin ən ürəkaçan hadisələrindən biri olduğunu qeyd edən Əlisahib Hüseynov bildirib ki, müxalif və ya iqtidaryönümlü olmalarından asılı olmayaraq, partiyaların qeydə alınması müsbət haldır:

“Bu addım Prezident İlham Əliyevin iradəsi ilə çoxpartiyalı sistemin inkişafının, ümumi maraqlar naminə partiyalararası dialoqun genişləndirilməsinin və bu sahədə münasibətlərin sağlam zəmində qurulmasına yönələn ardıcıl tədbirlər görülməsinin nəticəsidir. Ölkəmizin siyasi sistemində təşəkkül tapmaqda olan yeni konfiqurasiya artıq öz müsbət nəticələrini verməyə başlayır. Partiyaların normal fəaliyyət göstərməsi və cəmiyyətə açılması üçün münbit ortam yaradılır.

Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi ölkəmizin siyasi mühitinin demokratikləşdirilməsi və optimallaşdırılması istiqamətində olduqca mühüm addımlar atır. Dövlətimiz siyasi subyektlərin sağlam mübarizə aparmasına şərait və zəmin yaradır. Bu cür müsbət tendensiyaları əlbəttə ki, alqışlamaq lazımdır”.

Gülay

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90