Onlar niyə deputat ola bilmədi? – Səbəb bu imiş…

image-19backend

Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərinin əsas mərhələsi start götürüb. Artıq 4 gündür ki, namizədliyi qeydə alınmış şəxslər təbliğat kampaniyasına başlayıblar. 

125 dairədə 1030 nəfər deputat mandatlığı uğrunda mübarizə aparır.

Namizədlər arasında 70-dən çox deputat, 1 icra başçısı, 10-a yaxın məmur, çoxlu sayda iqtidar və müxalifət təmsilçisi var. Mətbuat nümayəndələri də seçkilərdə fəal iştirak edirlər. 30-dan çox jurnalistin namizədliyi rəsmən qeydə alınıb.  Sayt yaratmaq

Maraqlıdır ki, iddialı jurnalistləri sırasında tanınmış telejurnalistlərin heç biri yoxdur. Çoxları düşünür ki, Zaur Baxşəliyev, Lalə Azərtaş, Xoşqədəm Hidayətqızı, Elgiz Əkbər, Tarix Əliyev və Amil Xəlil kimi tanınmış aparıcılar seçki marafonuna qoşulsaydılar, rəqiblərini üstələyə bilərdilər.

Qeyd edək ki, Azərbaycanın siyasi tarixində tanınmış televiziya aparıcılarının parlament seçkilərinə qatıldığına dair təcrübə var.

Mərhum telejurnalist Qənirə Paşayeva üst-üstə 4 çağırış Milli Məclisin deputatı seçilmişdi. Lider TV-nin keçmiş əməkdaşı Etibar Hüseynov da 5 il deputat olub.

“Səni Axtarıram” verilişinin aparıcısı X.Hidayətqızı da 2005-ci ildə 119 saylı Ağdam kənd seçki dairəsindən namizədliyini irəli sürmüşdü. Hidayətqızı  o vaxt uğurlu seçki kampaniyası apararaq seçicilərin böyük əksəriyyətinin səsini ala bilsə də, inzibati resurslar hesabına Milli Məclisə düşə bilməmişdi.

“Yeni Sabah” tanınmış aparıcıların seçki mübarizəsindən kənarda qalmasının səbəbini öyrənə bilib. Məlum olub ki, çalışdıqları telekanalların rəhbərləri onlara siyasətə qarışmağı qadağan edib.

Maraqlısı isə odur ki, bu şəxslərə təkcə namizəd olmaq deyil, həm də deputatlığa namizədlərin vəkili olmaq da qadağan edilib. Onların ödəniş müqabilində hansısa imkanlı namizədin təbliğat kampaniyasına qatılmasına, keçirilən görüşlərdə aparıcılıq etməsinə icazə verilməyib.

Xatırladaq ki, əvvəlki seçkilərdə tanınmış iş adamı Baba Tağıyev yüksək qonorar müqabilində məşhur aparıcıları özünün təbliğat kampaniyasına cəlb edə bilmişdi.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki