
Ordumuz düşmənə ağır zərbələr vurur - 44 günlük müharibədən sonra ilk dəfə...
“Xocalı və Xocavənd istiqamətində ordumuz separatçı-terrorçulara ağır zərbələr vurur”.
Busaat.az xəbər verir ki, siyasi şərhçi Asif Nərimanlı belə açıqlama verib.
O bildirib ki, Azərbaycan ordusunun düşmənə zərbə vurduğunu həm yerli, həm erməni mənbələrində yayılan informasiyaların analizi deməyə əsas verir
“Belə anlaşılır ki, proses 44 günlük müharibədən sonra ilk dəfə bu qədər genişçaplıdır” – deyə şərhçi bildirib.
Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb. Azərbaycan Ordusunun sıralarında şəxsi heyət və texnika baxımından itki yoxdur.
Hazırda bu istiqamətlərdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.























