Orta Dəhlizlə göndərilən Çinin ilk yük avtomobilləri Azərbaycana çatıb

image-27backend

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) vasitəsilə göndərilən Çinin ilk yük avtomobilləri “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) gəmisi ilə Azərbaycana çatdırılıb.

Busaat.az-a ASCO-dan  verilən məlumata görə, 26 yük avtomobilindən ibarət ilk konvoy iyulun 3-də Qazaxıstanın Kurik limanında ASCO-nun Dəniz Nəqliyyatı Donanmasına məxsus “Merkuri-1” gəmi-bərəsinə yüklənərək yola salınıb. Artıq Azərbaycana çatan avtomobillər buradan Gürcüstan və Türkiyə vasitəsilə Avropa ölkələrinə göndəriləcək.

Qeyd edək ki, bundan öncə cari ilin mayında Çin Avropaya Kurıkdan Orta Dəhliz ilə sınaq rejimində 80 ton ağırlığında üç yük maşını göndərmişdi.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki